Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti başa çatıb – YENİLƏNİB

  • By admin
  • 22 Noyabr 2017 21:23


Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya məsələsinə dair üçtərəfli sammiti başa çatıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, toplantıda Suriya Milli Dialoq Konqresinin keçirilməsi barədə qərar qəbul olunub.
Sammitdən sonra hər üç ölkənin prezidenti mətbuata bəyanatlarla çıxış ediblər.
*** 17:00
Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya məsələsinə dair üçtərəfli sammiti başlayıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani iştirak edir.
Dövlət başçıları Suriya böhranını və vəziyyətdən çıxış yollarını müzakirə edəcəklər.
Sammitdən əvvəl isə R.T.Ərdoğanla H.Ruhani arasında ikitərəfli görüş keçirilib.
Qeyd edək ki, bu görüşdən bir gün əvvəl, noyabrın 21-də Rusiya prezdenti Vladimir Putin Soçidə BMT-nin tanıdığı Suriya rəhbəri Bəşşar Əsədlə görüşüb.

Gununsesi.info