İspaniya polisi “cin çarpdığını” düşündükləri beş yaşlı uşağını “qurban” etməyi planlaşdıran fransız cütlüyü həbs etdiklərini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, “Euronews”un məlumatına görə, polis qaynaqları İspaniyadan Mərakeşə bərə ilə keçmək ərəfəsində yaxalanan fransız cütlüyün “psixiatrik problemləri” olduğunu bildirərək, azyaşlının qaçırılması ilə bağlı valideynlər üçün Avropa həbs orderinin olduğunu da bildirib. .
Məhkəmə tərəfindən həbs edilən cütlüyün 5 yaşlı uşağının səhhətinin yaxşı olduğu və Fransaya ekstradisiya edilməzdən əvvəl uşaq baxım evində saxlandığı bildirilib.
Gununsesi.info