ŞOK: Bakıda karantində saxlanılan çinli tələbənin atası virusdan VƏFAT ETDİ

  • By arzu
  • 01 Fevral 2020 11:30

1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan tələbənin kimliyi məlum olub.

 

Gununsesi.org-un xəbərinə görə, bu BDU-nun Amerikaşünaslıq fakültəsinin III kurs tələbəsi Zhenghai Liu Youshadır.

 

Bu ilin yanvar ayının ortalarında Çindən Azərbaycana gələn tələbə yanvarın 27-də Kliniki Tibbi Mərkəzə daxil olub.

 

Tələbənin dediyinə görə, atası Çində dünyasını dəyişib. Ona görə də o hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə karantindədir.

 

Xəstəxanada Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, lakin təhlükəsizlik baxımından nəzarətdə saxlanılır.

Xəbər Trend agentliyində dərc edilib.

 

Gununsesi.org