Pensilvaniyada yaşayan 32 yaşlı Kastin Mohn birlikdə yaşadıqları evdə federal hökumətdə işləyən atası, 68 yaşlı Maykl Mohnun başını kəsərək öldürüb.
Gununsesi.info xəbər verir ki, Mohn hadisədən sonra YouTube-a 14 dəqiqəlik video yükləyib və atasının çantaya qoyduğu kəsilmiş başını kameraya tutaraq Bayden administrasiyasını hədələyib.
Ətrafındakı bir çox insanın onu “məsih” kimi gördüyünü və prezident olmasını istədiyini iddia edən şəxs, yaxınlarını da Bayden hökumətinə işləyən tanışlarını öldürməyə çağırıb.
Qatil ABŞ administrasiyasında yüksək rütbəli şəxsləri öldürənlərə 1 milyon dollar verəcəyini vəd edib. “Hazırda bunun üçün 10 milyon dollarım var, lakin daha çox pula ehtiyacımız var. Ümid edirəm ki, amerikalılar öz ölkələrinə olan sevgidən bu xain administrasiya ilə mübarizəni davam etdirəcəklər””, – deyə o bildirib.
Mohn Bayden rəhbərliyinin immiqrasiya siyasəti və iqtisadi böhranı ilə ölkəni məhv etdiyini deyib.
Dəhşətli video saatlarla YouTube-da qaldıqdan sonra silinib, lakin ölkədə böyük əks-səda yaradıb. Qətlə yetirilən atanın başsız meyiti evin hamamında tapılıb.
Gununsesi.info