Almaniyada 62 yaşlı kişi həkimlər tövsiyə etməsə də, 217 dəfə COVID-19 peyvəndi olunub.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, peyvəndlərin özəl klinikalardan vurulduğu bildirilsə də, peyvənd edilən şəxsin heç bir problem yaşamadığı üzə çıxıb.
“Lancet İnfeksion” jurnalında dərc olunan məlumata görə, peyvəndlər 29 ay ərzində özəl klinikalardan alınıb. Erlangen-Nurember Universitetinin tədqiqatçıları sözügedən adamda heç bir problem olmadığını bildiriblər.
Universitetin Mikrobiologiya fakültəsindən Kilian Şober bu məlumatı qəzet xəbərlərindən öyrəndiklərini deyib. “Sonra onunla əlaqə saxladıq və Erlangendə bəzi testlərdən keçmək istədiyimizi bildirdik. Böyük maraq göstərdi”, – deyə o bildirib.
Maqdeburq şəhərinin prokuroru sözügedən şəxsə məxsus 130 peyvəndin sübutunu toplayıb və saxtakarlıq araşdırmasına başlayıb, lakin heç bir ittiham irəli sürülməyib.
Qeyd edilir ki, Covid vaksinləri infeksiyaya səbəb olmur, ancaq bədənə xəstəliklə necə mübarizə aparmağı öyrədə bilər. Vektoru ribonuklein turşusu (mRNA) olan vaksinlər virusun genetik kodunun bir hissəsini bədən hüceyrələrinə göstərir. İmmunitet sistemi daha sonra virusu tanıya bilər və həqiqətən onunla qarşılaşdıqda onunla necə mübarizə aparacağını bilir.
Şober immunitet sistemini bu qədər çox peyvəndlə hazırlamaq müəyyən hüceyrələrdə yorğunluğa səbəb ola biləcəyindən narahat olub. Lakin tədqiqatçılar 62 yaşlı kişidə belə bir tapıntı tapmayıblar. Onun Covid olduğuna dair heç bir əlamət görülməyib.
Mütəxəssislər həddən artıq peyvəndi təşviq etmədiklərini bildirsələr də, iş üzrə apardıqları testlərin ümumi nəticə çıxarmaq üçün kifayət etməyəcəyini vurğulayıblar.
Gununsesi.info