

“Görəcəksiniz, Rusiyanın növbəti bazası İncirlik olacaq. Bu, Putin üçün yeni bir zəfər olacaq”.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Times qəzetindəki məqalədə yer alıb. Qəzetin yazdığına görə, Moskva Türkiyədəki İncirlik aviasiya bazasından istifadə etmək üçün Ankaraya təzyiqlər edir.
Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin üzvü İqor Morozov “İzvestiya” qəzetinə açıqlamasında deyib ki, Ankaranın Rus təyyarələrinin və bombardmanlarının İncirlikdən istifadəsinə razılıq verməsi Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Türkiyə arasındakı əlaqələrinin normallaşdırlması istiqamətindəki görülən işlərin məntiqi nəticəsi kimi hesab edir. “NATO-nun İncirlik aviabazasndan əsas baza kimi istifadə etməyimiz Ərdoğanla aparılacaq danışıqlardan asılı olacaq. Rusiyanın bu hərbi hava bazasından istifadə etməsi İŞİD və digər terrorçu təşkilatlarının məhv edilməsi və problemin həlli üçün müstəsna rola malik ola bilər. Görəcəksiniz, Rusiyanın növbəti bazası İncirlik olacaq. Bu, Putin üçün yeni bir zəfər olacaq”- deyə, İ Morozov vurğulayıb.
Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin sədri Viktor Ozerov isə “RİA-Novosti”-yə açqlamasında deyib ki, Rusiyanın İncirlik aviabazasına ehtiyacın olub-olmaması barədə hələ də konkretlik yoxdur: “Ancaq bu istiqamətdə qəbul ediləcək hər hansı bir qərarı Türkiyənin Suriyada terrorizmə qarşı mübarizədə Rusiya ilə birgə əməkdaşlıqda maraqlı olduğunun gstəricisi kimi qəbul etmək olar”.
Hazırladı Mürtəza
Gununsesi.info