Şok iddia: Ruslar Türkiyədəki İncirlik hərbi bazasına göz dikib

  • By admin
  • 19 Avqust 2016 12:06
incirlik
“Görəcəksiniz, Rusiyanın  növbəti bazası İncirlik olacaq. Bu, Putin üçün yeni bir zəfər olacaq”.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Times qəzetindəki məqalədə yer alıb. Qəzetin yazdığına görə, Moskva Türkiyədəki İncirlik aviasiya bazasından istifadə etmək üçün Ankaraya təzyiqlər edir.
 Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin üzvü İqor Morozov “İzvestiya” qəzetinə  açıqlamasında deyib ki, Ankaranın  Rus təyyarələrinin və bombardmanlarının İncirlikdən istifadəsinə razılıq verməsi Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Türkiyə arasındakı əlaqələrinin normallaşdırlması istiqamətindəki görülən işlərin məntiqi nəticəsi kimi hesab edir. “NATO-nun İncirlik aviabazasndan əsas baza kimi istifadə etməyimiz Ərdoğanla aparılacaq danışıqlardan asılı olacaq.  Rusiyanın  bu hərbi hava bazasından istifadə etməsi  İŞİD və digər terrorçu təşkilatlarının məhv edilməsi  və problemin həlli üçün müstəsna rola malik ola bilər. Görəcəksiniz, Rusiyanın  növbəti bazası İncirlik olacaq. Bu, Putin üçün yeni bir zəfər olacaq”- deyə, İ Morozov vurğulayıb.
Rusiya Federasiya Şurasının  Müdafiə Komitəsinin sədri Viktor Ozerov isə “RİA-Novosti”-yə açqlamasında deyib ki, Rusiyanın İncirlik aviabazasına ehtiyacın olub-olmaması barədə hələ də konkretlik yoxdur: “Ancaq bu istiqamətdə qəbul ediləcək hər hansı bir qərarı Türkiyənin Suriyada terrorizmə qarşı mübarizədə Rusiya ilə birgə əməkdaşlıqda maraqlı olduğunun gstəricisi kimi qəbul etmək olar”.
Hazırladı Mürtəza 
Gununsesi.info