Solomon adalarının Temotu sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanların episentri Lata şəhərindən təxminən 108 kilometr cənub-şərqdə olub.
31 kilometr dərinlikdə baş verən zəlzələ hələ də can və ya maddi ziyana səbəb olmayıb. Sunami xəbərdarlığı verilməyib.
Orxan











