Solomon adalarında güclü zəlzələ

  • By admin
  • 11 Yanvar 2017 11:58

zelzele

Sakit okeanın cənubundakı Solomon adalarında 6,4 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info-nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi yerin 46 kilometr dərinliyində baş verən zəlzələnin episentrinin San-Kristobal əyalətinin paytaxtı Kirakiranın190 kilometr qərbində olduğunu açıqlayıb.

Dağıntılar və xəsarət alanlar barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, 990-dan çox adadan ibarət olan Solomonun 620 min əhalisi var.

Anar
Gununsesi.info