
Almaniya kansleri Olaf Şolts yenidən avropalı tərəfdaşları Ukraynaya daha çox maliyyə və hərbi dəstək verməyə çağırır.
Gununsesi.info xəbər verir ki, Şolts Sosial Demokrat Partiyasının Berlində keçirilən konfransında avropalı tərəfdaşları tənqid edib.
“Almaniyadan fərqli olaraq, digər Avropa ölkələrində Ukraynaya hərbi dəstək çox vaxt “məhdud olur”, – deyə o bildirib
Bundan əvvəl Azad Demokrat Partiyasının lideri Kristian Lindner də Ukraynaya daha çox dəstək verməyə çağırıb.
Qeyd edilir ki, Almaniya kansleri Aİ-nin fevralın 1-də keçiriləcək sammitindən tərəfdaşları Ukraynaya daha çox silah göndərməyə çağırmaq üçün istifadə etmək istəyir.
Gununsesi.info