Şolts Putinə zəng vurub xəbərdarlıq etdi

  • By admin
  • 21 Fevral 2022 22:12

Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.

Putin Şoltsa Rusiya Təhlükəsizlik Şurasının iclasının nəticələri barədə məlumat verib.

Öz növbəsində, Şolts Rusiyanın separatçı “DXR” və “LXR”ni tanımaq planlarını pisləyib. O bildirib ki, separatçıların Rusiya tərəfindən tanınması Minsk razılaşmalarına zidddir.

Gununsesi.info