Ötən həftə ABŞ Mərkəzi Komandanlığı Somali sahillərində əməliyyatlar aparan donanmanın iki əsgərinin axşam saatlarında dənizdə itdiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Komandanlıq əsgərlərin taleyi ilə bağlı yeni açıqlama verib.
Belə ki, 2 komandonun cəsədinin aşkarlandığı bildirilib.
“10 gündür davam edən axtarışdan sonra itkin düşmüş 2 donanma əsgərimizin yerinin müəyyən edildiyini və statuslarının “ölü” olaraq dəyişdirildiyini təəssüflə bildiririk”.
İtkin düşən hərbçilərin müxtəlif missiyaları yerinə yetirmək üçün ABŞ 5-ci Donanmasının (C5F) əməliyyat bölgəsinə yerləşdirildiyi və İran silahlarını daşıdığı iddia olunan gəmiyə enərkən itkin düşdüyü bildirilib.
Gununsesi.info