
Somalidə Əş-Şəbaba qarşı əməliyyat keçirilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, gerçələşdirilən hərbi əməliyyatlar zamanı 100 nəfər təşkilat üzvü öldürülüb.
Məlumatı Somalinin İnformasiya Nazirliyi təsdiq edib.
Əməliyyatlar zamanı çoxlu sayda silah və hərbi sursat ələ keçirilib.
Somali Ordusunun əməliyyatlarına Amerika dəstək verib.
Hərbi əməliyyatlar zamanı Əş-Şəbabın 7 nəfər “yüksək rütbəli” adamı öldürülüb.
Somali Prezidenti Hasan Şeyx Mahmud terror təşkilatı Əş-Şəbab ilə geniş şəkildə mübarizə aparacaqlarını açıqlayıb.
Tərcümə: Arzu