Somalidə 6,2 milyon insan aclıqdan ölə bilər

  • By admin
  • 17 Fevral 2017 17:09

somali

Somalidə uzun müddətdir davam edən quraqlıq səbəbindən 6,2 milyon insanın aclıq təhlükəsiylə qarşılaşıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) ilə BMT-nin Ümümdünya Ərzaq Proqramı məlumat yayıb.

Beləki, Somalidə davam edən quraqlıq səbəbindən ərzaq ehtiyyatı artıq tükənmək üzrədir. BMT təcili olaraq Somaliyə humanitar yardımın göndərilməli olduğunu vurğulayıb. Bununla bağlı BMT dünya dövlətlərinə çağrış edib.

Anar
Gununsesi.info