Somalidə avtomobillər partladıldı, xeyli sayda ölən var

Somalinin paytaxtı Moqadişoda iki minalanmış avtomobilin partlaması nəticəsində azı 100 nəfər həlak olub, təxminən 300 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bunu Somali Prezidenti Həsən Şeyx Mahmud bildirib.

Prezident ölkənin beynəlxalq tərəfdaşlarına və bütün dünya müsəlmanlarına müraciət edərək yaralıların müalicəsi üçün həkimlər göndərmələrini xahiş edib. Aralarında uşaqların da olduğu qurbanların əksəriyyəti dinc sakinlərdir. Yaralıların çoxunun vəziyyəti ağırdır.

Partlayışlar prezident, baş nazir və ölkənin başqa siyasi liderlərinin ekstremizmə qarşı mübarizə məsələlərini müzakirə etmək üçün görüşdüyü gündə törədilib.

Terror aktına görə məsuliyyəti öz üzərinə götürən “Al-Şabab” ekstremist qruplaşması bildirib ki, əsas hədəf Təhsil Nazirliyi idi.

Baş nazir Həmzə Abdi Barre hökumətin “Al-Şabab” ilə mübarizə aparmaq əzmində olduğunu bildirib.

Gununsesi.info