Somalidə Efiopiya ordusunun 167 hərbçisi terrorçularla döyüşdə həlak olub

  • By ilhame
  • 17 Sentyabr 2023 19:39

Somalinin qərbində Efiopiya ordusunun onlarla hərbçisi radikal “Aş-Şabab” qruplaşmasının yaraqlıları ilə şiddətli döyüşdə həlak olub.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Reuters” hərbi toqquşmanın baş verdiyi ərazidə Rab-Dhure şəhərinin sakinlərinə istinadən məlumat yayıb.

Agentlik qeyd edib ki, döyüş ağır silahlardan istifadə edilməklə aparılıb. Rab-Dhure Somali ilə Efiopiya sərhədində yerləşir.

Öz növbəsində Somalinin xəbər portalı “Garowe” bildirib ki, Efiopiya ordusunun karvanı pusquya düşüb və 167 hərbi qulluqçu həlak olub.

Gununsesi.info