
Somalidə Əş Şəbab üzvləri hərbi bazaya basqın edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hökumət qüvvələri ilə yaşanan qanlı olay zamanı onlarla əsgərin öldürüldüyü bildirilib.
Əş Şəbab təşkilatı qarşı tərəfdən 71 əsgəri öldürdüyünü açıqlayıb. Əş Şəbab hücumlar zamanı çoxlu sayda silah, sursat və nəqliyyat vasitəsinin ələ keçirildiyini bildirir.
Toqquşma Somalinin mərkəzi coğrafiyalarında yaşanıb.
Somalidə hökumət qüvvələrinin Əş Şəbaba qarşı əməliyyatları davam edir.
Yerli qaynaqlar Əş Şəbab təşkilatının Qalmuduq bölgəsində geniş çaplı əməliyyatlar və hücumlar təşkil etdiyini bildirib.
Hücum hərbi hissənin içində bombalı avtomobilin partladılması ilə gerçəkləşdirilib.
Əş Şəbab hücumdan sonra öldürdükləri əsgərlərin və ələ keçirdikləri qənimətlərin fotolarını paylaşıb.
Tərcümə: Arzu