
“Əl-Şəbab” radikal qruplaşmasının silahlıları Somalinin Hiran əyalətində hava limanını dağıdıb.
Gununsesi.info “RİA Novosti”yə istinadla xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb.
Qeyd edək ki, Somalidə yerləşən “Əl-Şabab” radikal qruplaşması Somalinin mərkəzi hökumətinə qarşı silahlı mübarizə aparır və BMT-nin humanitar fəaliyyətinə mane olur.
ABŞ “Əl-Şəbab” qruplaşmasının mövqelərinə mütəmadi zərbələr endirir.
Gununsesi.info