Somalidə polis binasının yaxınlığında partlayış –  10 ölü, 12 yaralı

  • By admin
  • 26 Noyabr 2016 16:04

78_main_ukr

 

Somalinin paytaxtı Moqadişodo polis binasının yaxınlığında güclü partlayış baş verib.

Gununsesi.info “Ria Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub, 12 nəfər xəsarət alıb.
Qeyd olunur ki, ölən və yaralananlar arasında polislər və mülki vətəndaşlar var.

Partlayışın Vaberi rayonunda polis binasının yaxınlığında avtomobillərdən birinin içərisinə yerlşdirilmiş bombanın partlaması nəticəsində baş verdiyi bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Gununsesi.info