Somalidə terakt nəticəsində 10 nəfər ölüb

  • By admin
  • 19 Fevral 2022 18:10

Somalinin Hiran bölgəsinin Beledueyne şəhərində terror hadisəsi nəticəsində, ilkin məlumatlara görə, 10 nəfər ölüb, 15 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.

Gununsesi.info istinadən xəbərə verir ki, partlayıcı qurğu şəhərin mərkəzindəki kafelərin birində işə salınıb.

HTML tutorial

Somalidəki mənbələrin məlumatına görə, hərbçilər və polis partlayış yerinə toplaşan kütləni dağıdıb.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

 

 

Gununsesi.info