Somalidə terror:  Komandan hədəf alındı

  • By admin
  • 09 Aprel 2017 19:55

somali

 

Somalinin paytaxtı Moqadişuda kamikadzenin törətdiyi partlayış nəticəsində 13 nəfər ölüb, 10-u isə yaralanıb.

Axar.az xəbər verir ki, Müdafiə Nazirliyinin binası yaxınlığında baş verən olayda Silahlı Qüvvələrin komandanı Məhəmməd Əhməd Camalın kortejinin hədəf alındığı bildirilib.

Camalın səhhətinin normal olduğu qeyd edilsə də, teraktda ölənlərinin sayının artacağı istisna edilməyib.

Qeyd edək ki, Əş-Şəbab qruplaşması hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb.

 

Gununsesi.info