Somalidə törədilən iki partlayış nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb

Somalidə törədilən iki partlayış nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb


Ötən gün Somalinin paytaxtı Moqadişoda törədilən iki partlayış nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb, 20 nəfər isə yaralanıb.

Trend-in məlumaıtna görə, daha əvvəl 18 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, ötən gün Somalinin paytaxtı Moqadişoda partlayıcı maddə ilə doldurulmuş iki avtomobil partladılıb. Avtomobillərdən biri prezident sarayının yaxınlığında, digəri isə otelin qarşısında partladılıb. Partlayışlara görə məsuliyyəti regionda fəaliyyət göstərən “Aş-Şabab” terror qruplaşması öz üzərinə götürüb.

Gununsesi.info

COMMENTS