Somalidəki terraktda 50 nəfər ölüb, 100-dən çoxu yaralanıb

  • By admin
  • 11 Dekabr 2016 23:25

somali

Somalinin paytaxtı Moqadişoda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 100-dən çoxu yaralanıb.

Gununsesi.info-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Ned Prays bəyan edib.

“ABŞ Somalinin paytaxtı Moqadişo şəhəri yaxınlığında törədilən, 50 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə nəticələnən terror aktını qətiyyətlə pisləyir”- deyə, N.Prays qeyd edib. Bundan əvvəl Reuters agentliyi 29 nəfərin öldüyünü bildirirdi.

Qeyd edək ki, dekabrın 11-də Moqadişoda minalanmış avtomobil partladılıb. Törədilən terror aktına görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.

Gununsesi.info