Somalidə dəhşət: Prezident Sarayının yanına hücum edildi – 5 nəfər öldürüldü

  • By admin
  • 25 Yanvar 2023 12:45

Somalidə Əş-Şəbab terror təşkilatı tərəfindən bu ölkənin Prezident Sarayına yaxın yerdə hücum edilib.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, top hücumu zamanı ən azı, 5 nəfər ölüb. Somali təhlükəsizlik işçilərindən Osman Məhəmməd etdiyi açıqlamasında bu hücumun Prezident Sarayını hədəf aldığını söyləyib. Mərmilərin həmin dövlət binasına dəyməsi ilə bağlı açıqlama verməyən Məhəmməd həmin yerdəki Milli Teatr binasının zərər gördüyünü vurğulayıb. Yaralılar hadisə yerindən xəstəxanaya aparılıb.

Ölənlərdən ikisinin şagird olduğu bildirilir.

Hücumun məsuliyyətini Əş-Şəbab terror təşkilatı öz üzərinə götürüb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info