Somalidə partlayış qurbanlarının sayı 189 nəfərə çatıb – YENİLƏNİB

  • By admin
  • 15 Oktyabr 2017 16:00

dsdsjpg3jpeg
Dünən Somalinin paytaxtı Moqadişoda “Safari” otelinin qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 189 nəfərə çatıb, 200 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə “ i24 News ” telekanalı Somali polisinə istinadən məlumat yayıb.

Bundan öncə partlayış nəticəsində 85 nəfərin öldüyü, 250 nəfərin yaralandığı bildirilmişdi.

***

saat 13.18

Dünən Somalinin paytaxtı Moqadişoda “Safari” otelinin qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb, 250 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bundan öncə partlayış nəticəsində 40 nəfərin öldüyü bildirilmişdi.

Somali prezidenti Məhəmməd Abdullahi Məhəmməd faciə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.

 

Gununsesi.info