Somalidə partlayış qurbanlarının sayı 85 nəfərə çatıb

  • By admin
  • 15 Oktyabr 2017 13:30

dsdsjpg3jpeg
Dünən Somalinin paytaxtı Moqadişoda “Safari” otelinin qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb, 250 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bundan öncə partlayış nəticəsində 40 nəfərin öldüyü bildirilmişdi.

Somali prezidenti Məhəmməd Abdullahi Məhəmməd faciə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.

Gununsesi.info