Somalidə partlayış törədilib, ölənlər var

  • By admin
  • 09 Sentyabr 2020 21:07

Somalinin paytaxtı Moqadişo şəhərində baş verən partlayış nəticəsində ilkin məlumata görə, azı 3 nəfər ölüb, 7 nəfər də yaralanıb.

Gununsesi.info “Garda”ya istinadən xəbər verir ki, hadisə prezident və baş nazirin iqamətgahlarının yaxınlığındakı bir restoranda baş verib.

Hələlik bu hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

 

 

Gununsesi.info