Son 1 ayda qtisadi tənəzzül daha da dərinləşib - QUBAD İBADOĞLU

  • By admin
  • 15 Dekabr 2016 11:15

qubad

Qeyri-neft ÜDM 5,6 faiz azalıb.

Gununsesi.info xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu öz “facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi bu ilin 11 ayının makroiqtisadi nəticələrini açıqlayıb:

“Açıqlanan göstəricilərin trend təhlili göstərir ki, son 1 ayda iqtisadiyatda tənəzzül dərinləşib, dövlət büdcəsinin kəsiri, inflyasiya və işsizlik artıb. Bu dövr üçün ən neqativ tendensiya sənaye istehsalında böhranın başlamaısı və bu bölmədə tənəzzülün dərinləşməsidir. Beləliklə də, həm ÜDM-də və həm də qeyri-neft ÜDM-ində eniş bir az da artaraq müvafiq olaraq, mənfi 3,9 faiz (əvvəlki ayla müqayisədə 0.2 faiz bəndi çox) və mənfi 5,6 (əvvəlki ayla müqayisədə 0.1 faiz bəndi çox ) faizdə qərarlaşıb.

Bu ilin sonuna yaxınlaşdıqca, makroiqtisadi göstəricilərin pisləşməsi növbəti ildə böhrandan çıxış imkanlarını daha da azaldır. Belə ki, sıfırdan artıma nail olmağın asan olmadığı halda, Azərbaycan iqtisadiyyatının 4 faizlik kiçilmədən sonra böyüməyə başlayacağı xeyli çətin görsənir.

Yeri gəlmişkən onu da qeyd edək ki, dünən FED uçot dərəcələrini gözənildiyi kimi 0,25 faiz bəndi səviyyəsində artırdı. FED-in son qərarından sonra dollar dünya valyuta bazarlarında yenidən bahalaşmağa başlayıb”.

Anar

Gununsesi.info