Son 10 ilin ən yaxşı filmləri açıqlandı

  • By admin
  • 08 Dekabr 2019 16:20

“Les Cahiers du cinema” peşəkar kinematoqrafiya jurnalı son on ilin ən yaxşı filmlərinin siyahısını hazırlayıb.

Gununsesi.org “İnterfaks”a istinadən xəbər verir ki, birninci yerdə amerikalı rejissor Devid Linçin “Tvin Piks: Qayıdış” (2017) serialı qərarlaşıb.

İkinci yeri fransız rejissor Leo Karakasın “Korporasiya “Müqəddəş motorlar”” (2012) filmi, üçüncü yeri isə fransız rejissor Brüno Dümonun “Körpə Kenken” (2014) serialı tutub.   

İlk beşlikdə tay rejissor Aliçatponq Virasetakulun “Ötən həyatlarını xatırlayan Bunmi ata” (2010) və alman rejissor Maren Adenin “Toni Erdmann” filmləri yer alıb.

Sihahıya, həmçinin, Jan-Lük Qodarın “Obrazlar kitabı”, Lars fon Triyerin “Mela: oliya” və digər filmlər daxil olub.

Gununsesi.org