Son 17 il ərzində 33 min miqrant dənizdə boğulub - AÇIQLAMA

  • By admin
  • 25 Noyabr 2017 09:10

2000-2017-ci illər ərazində Aralıq dənizi vasitəsi ilə Avropaya keçməyə cəhd göstərərkən azı 33 761 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında bildirilir.

Qeyd olunur ki, hesabat tapılan cəsədlərin və şahidlərin ifadələri əsasında tərtib olunub. Təşkilat Aralıq dənizi marşrutunu “dünyada ən ölümsaçan” adlandırıb və qeyd edib ki, həlak olanların real sayı daha çox ola bilər.

Təşkilatın məlumatına əsasən, 1970-ci ildən bu günə qədər qeyri-qanuni yol ilə Aralıq dənizindən 2,5 milyon insan keçib.

Gununsesi.info