Son 17 ildə ilk dəfə “El Klasiko” qolsuz tamamlandı – VİDEO

  • By admin
  • 19 Dekabr 2019 08:45

İspaniya La Liqasının X turunun təxirə salınmış “Barselona” – “Real Madrid” qarşılaşması heç-heçə ilə bitib.

Gununsesi.org xəbər verir ki, Barselonanın “Kamp Nou” stadionunda təşkil olunmuş oyun qolsuz yekunlaşıb – 0:0.

“El Klassiko”da sonuncu dəfə belə nəticə 17 il əvvəl – 2002-ci ildə qeydə alınıb.

Qeyd edək ki, İspanya çempionatında 17 oyundan sonra “Barselona” və “Real Madrid” hərəyə 36 xalla ilk 2 yeri bölüşürlər. Kataloniya təmsilçisi əlavə əmsallara görə birincidir.

 

 

Gununsesi.org