ABŞ prezidenti Donald Trampın 5-14 noyabrda baş tutacaq Asiya səfəri son 25 ilin ən uzunmüddətli səfəri olacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ administrasiyasının nümayəndəsi jurnalistlərə açıqlamasında deyib:
“Asiya səfəri son 25 ildə ABŞ prezidentlərinin həyata keçirdiyi səfərlər arasında ən uzun müddət davam edəni olacaq”.
Tramp səfər çərçivəsində Yaponiya, Cənubi Koreya, Çin, Vyetnam və Filippində olacaq.
Gununsesi.info