Ötən ilin sonuncu üç ayı ərzində “YouTube”dan 8,3 milyon video çarx silinib.
Gununsesi.info xəbər verir ki, əksər video çarxlar ekstremizmi təbliğ edən, qadağan edilmiş kontentə malik və ya adi spam olublar.
“Google” əsas vurğunu ona edib ki, yüklənmədən dərhal sonra 6,7 milyon ədəd video çarx müəyyən edilib və kompüter sistemi tərəfindən blok edilib. Bu video çarxların 76 faizi ilk izləməyə qədər artıq silinib.
Bir il öncə “YouTube”dan şiddət və ekstremizmi təbliğ edən bütün video çarxların cəmi 8 faizini silə bilirdilər. Buna qədər isə onlar cəmi 10 dəfə izləmə toplaya bilirdilər. Bu il bu göstərici 50 faizə qədər artıb.
Gununsesi.info