Son 35 ilin ən isti yanvar ayı yaşanıb

  • By admin
  • 08 Fevral 2024 15:24

Avropa İttifaqının (Aİ) “Kopernik” peyk izləmə sistemi ilə aparılmış ölçmələrə görə, keçən ayın indiyə qədər qeydə alınan “ən isti yanvar” olduğu bildirilib.

Gununsesi.info xəbər verir ki, qurumun açıqlamasında keçən ayın orta səth hava istiliyinin 13,14 dərəcə olaraq ölçüldüyü qeyd edilib. Bildirilib ki, bu ölçü 1991-2020-ci illərin yanvar ayı orta göstəricisindən 0,70 dərəcə, 2020-ci ildə qeydə alınan əvvəlki ən isti yanvardan isə 0,12 dərəcə yüksəkdir.

Belə ki, son 8 ayın ardıcıl olaraq qeydə alınan ən isti aylar olduğu və son 12 ayda (2023-cü ilin fevral – 2024-cü ilin yanvar ayları) qlobal orta temperaturun 1991-2020-ci illərin orta göstəricisindən 0,64 dərəcə yüksək olduğu bildirilib.

Avropada keçən ay havanın temperaturu şimal və cənub bölgələrində fərqli olub. Skandinaviya ölkələrində 1991-2020-ci illərin orta göstəricisindən xeyli aşağı olan temperatur cənub ölkələrində bu orta göstəricidən xeyli yuxarı olub.

Şərqi Kanadada, Şimal-Qərbi Afrikada, Yaxın Şərqdə və Mərkəzi Asiyada temperatur orta səviyyədən xeyli yuxarı, Qərbi Kanada, Mərkəzi Amerika və Şərqi Sibirdə isə orta səviyyədən aşağı olub.

“Kopernik” İqlim Dəyişikliyi Xidmətinin direktor müavini Samantha Burgess, “İstixana qazlarının emissiyalarının sürətlə azaldılması qlobal temperaturun yüksəlməsini dayandırmağın yeganə yoludur” deyə xəbərdarlıq edib.

Gununsesi.info