Son 48 saat …! – İran Səudiyyə Ərəbistanına hücum edəcəkmi? Siyasi Təhlil

  • By arzu
  • 03 Noyabr 2022 17:37

Dünən bütün medianın gündəmində olan xəbərlərdən biri də, yaxın 48 saat ərzində İran tərəfindən Səudiyyə Ərəbistanına hücumun baş verə bilməsi xəbəri oldu .

Gununsesi.info mövzu ilə bağlı AĞ Partiya Mərkəzi Aparatının sədri, siyasətçi Kamran Məmmədlinin təhlillərini öyrənib.

Siyasətçi düşünür ki, İranın indiki məqamda İranın Səudiyyə Ərəbistanına hücum etməsi real görsənmir .

“Bildiyiniz kimi , artıq 9-cu aydır ki Rusiya Ukraynada çox çətin döyüşlər aparır və görünən odur ki , Rusiya Qərblə tək bacara bilmir, bu müharibədən qalib çıxması üçün digər ölkələrin köməyinə ehtiyac duyur . İranda eyni zamanda bunu çöx gözəl başa düşür və anlayır ki , Rusiya tam çökərsə, o da məhv olmağa məhkumdur , bölgədə Rusiyadan sonraki hədəfdə məhz özü olacaq. Bu səbəbdən, İran tərəddüd etmədən Rusiyaya müasir dronlar və digər silahlar göndərərək kömək etməyə çalışır, ancaq düşünürəm ki , İranın bu yardımı bir yerə qədər olacaq və sonda o da tükənəcək”, – deyə Məmmədli vurğulayır.

Partiya rəsmisi açıqlayır ki, Qərbin planı İranı həm daxili çaxnaşmalar ilə , həmdə kənardan ərəb ölkələri vasitəsi ilə problemlər içində boğaraq Rusiyadan aralamaqdır.

Siyasətçi İranın “hücum etmə” xəbəri ilə bağlı məsələni bu vür izah edir ki, yayılan həmin xəbərlər Qərbin siyasi gedişidir və məsələ qəlizləşərsə, Qərb İranla yeni cəbhənin açılması üçün artıq indidən zəmin hazırlayır.

“Fikrimcə, hətta daim İranla mülayim davranan Azərbaycan mediası belə, son günlərdə başda Azərbaycan dövlət televiziyası (AZTV) olmaqla, İrana qarşı ən sərt formada çıxışlar edib . Tehran rejiminin Azərbaycandaki əl altıları isə DTX tərəfindən həbs olunublar. Bütün bu proseslər artıq Rusiyadan sonra növbədə İranın olmasına işarədir və fikrimcə, yaxın zamanda İran rejiminə qarşı çox ciddi addımlar atılacaq “, – deyə siyasətçi fikirlərini tamamlayır. .