Son 5 ildə 622 uşaq övladlığa verilib

  • By Günel
  • 09 Sentyabr 2024 12:32

Övladlığa götürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunduğu 1 noyabr 2019-cu ildən bu günədək Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən  622 uşaq övladlığa verilib. 

Gununsesi.info xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, onlardan 310-u oğlan, 312-si qızdır.

Nazirliyin digər fəaliyyət sahələrində olduğu kimi, övladlığagötürmə sahəsində də idarəetmə və xidmətlər elektron infrastruktur üzərindən həyata keçirilir.

Övladlığa verilən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilir. Bu məqsədlə həmin uşaqlar 18 yaşına çatanadək övladlığa götürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə  olmaqla monitorinqlər həyata keçirilir. Ötən dövrdə 6 minə yaxın belə monitorinq həyata keçirilib.

Gununsesi.info