Son 5 ildə Cənubi Koreyaya səfər edən ilk Yaponiya Baş naziri oldu

  • By admin
  • 07 May 2023 15:46

Yaponiyanın Baş naziri Kişida bir həftəlik Afrika turundan sonra Cənubi Koreyanın paytaxtı Seula yollanıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bununla da Kişida son 5 ildə Cənubi Koreyaya səfər edən ilk Yaponiya Baş naziri olub.

Jurnalistlərə açıqlama verən Kişida qeyd edib ki, o, Cənubi Koreya lideri ilə iki ölkə arasındakı münasibətlərdə həllini gözləyən problemlər barədə “etimad və açıq fikir mübadiləsi aparmaq” istəyir.

İki liderin görüşündə Şimali Koreyanın bölgəni təhdid edən raket sınaqları və buna qarşı ABŞ-Yaponiya-Cənubi Koreya üçlü ittifaqının addımlarının müzakirə ediləcəyi gözlənilir.

Gununsesi.info