Son bir ayda rus milyarderləri 28 milyard dollar pul itirib

  • By admin
  • 26 Yanvar 2022 16:02

2021-ci ilin dekabr ayından 2022-ci ilin yanvar ayının 25-nə qədər Rusiyanın 104 milyarderinin ümumi sərvəti 28 milyard dollar azalıb.

Gununsesi.info xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalının məlumatında deyilir.

Jurnalın hesablamalarına əsasən, cəmi bir ay ərzində 104 milyarderdən 76-da ciddi pul itkisi qeydə alınıb. Onlardan 10-u ən az bir milyard dollardan məhrum olublar.

Ən böyük zərbə “Novatek”in sahibi Leonid Mixelson (-2,1 milyard) və “Sibur”un rəhbəri Gennadi Timçenkoya (-1,9 milyard) dəyib.

Bundan başqa, elektromobillərin istehsalı ilə məğul olan “Arrival” şirktətinin sahibi Denis Sverdlovun varidatının 50% azaldığı müəyyən olunub.

“Yandeks”i qurucusu Arkadi Volojun sərvəti 600 milyon dollarlıq itki ilə 1,7 milyarda (-26%) qədər geriləyib.

“TCS Group”un təsisçisi Oleq Tinkov isə var-dövlətinin 21%-dən məhrum qalıb.

 

 

Gununsesi.info