
Türkiyədə son 1 həftə ərzində aparılan əməliyyatlar nəticəsində 27 terrorçu zərərsizləşdirilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Belə ki, məhv edilən terrorçuların hamısı PKK Terror Təşkilatının üzvləri olublar.
Məlumata görə, aparılan əməliyyatlar zamanı PKK üzvü olan 27 terrorçu məhv edilib. Onlardan 10-nu təslim olub. Bundan başqa, terrorçulara məxsus xeyli miqdarda silah-sursat ələ keçirilib.
Qeyd edək ki, terrorçuların məhv edilməsi üzrə əməliyyatlar davam etdirilir.
Anar
Gununsesi.info