
Türkiyənin Şirnak, İncəbel, Kato dağı, Budak, Namaz dağı, Hakkarinin Yüksəkova ilə Mardinin Midyat və Nusaybin bölgələrində Silahlı Qüvvələrin ötən bir həftə ərzində terrorçu PKK qruplaşmasına qarşı keçirdiyi antiterror əməliyyatı nəticəsində 32 terrorçu zərərsizləşdirilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda ölkə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Belə ki, avqust 3-10 tarixində keçirilən anititerror əməliyyatı nəticəsində terrorçu qruplaşmanın bir sıra aparıcı fiqurları da məhv edilib.
Axtarış-əməliyyat tədbirləri zamanı -19 ədəd silah,42 kiloqram yandırıcı maddə, 25 kiloqram partlayıcı, 40 kiloqram C-4, 3 kiloqram C-3 və 140 kiloqram ammonium nitrat partlayıcısı, eləcə də12 əl qubarası, 1 bomba qurğusu, 15 əl istehsalı partlayıcı qurğu aşkarlanaraq məhv edilib.
Eyni zamanda Türkiyə Silahlı Qüvvələri tərəfindən terrorçuların istifadə etdiyi 13 sığınacaq yer və mağara dağıdılıb.
Anar
Gununsesi.info