Son bir ildə üçüncü qəza: ABŞ-ın F-16 qırıcısı dənizə düşdü

  • By admin
  • 31 Yanvar 2024 11:51

ABŞ-ın F-16 qırıcısı Sarı dəniz üzərində qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, təyyarə düşərkən özünü havaya atmağı bacaran pilotun səhhətinin yaxşı olduğu bildirilib.

Bildirilib ki, hadisə son bir ildə üçüncü qəzadır.

Keçən dekabr ayında ABŞ-ın 8-ci Hava Donanmasına məxsus F-16 adi təlim zamanı Sarı dənizə düşüb. May ayında ABŞ-ın 51-ci Hava Donanmasına məxsus F-16 təyyarəsi Seulun cənubundakı Osan aviabazasının yaxınlığında qəzaya uğrayıb. Hər iki qəzada özlərini təyyarədən atan pilotlar xilas ola biliblər.

ABŞ Hərbi Hava Qüvvələri ötən ilin noyabrında Yaponiyada baş verən qəza ilə gündəmə gəlmişdi. “Osprey” tipli hərbi təyyarənin Yakuşima adasında sulara düşdüyü və 8 ekipaj üzvünün hamısının öldüyü açıqlanıb.

Hadisədən sonra ABŞ ordusu dünya üzrə “Osprey” tipli təyyarələrin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Gununsesi.info