SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı

  • By admin
  • 12 Dekabr 2021 16:41

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 226 yeni yoluxma faktı qeydə alınıb, 1 649 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 604 480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 576 264 nəfər müalicə olunaraq sağalıb, 8 088 nəfər vəfat edib. 20 128 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 280, bu günə qədər isə ümumilikdə 5 677 746 test icra olunub.

Gununsesi.info