SON DƏQİQƏ: Jirinovski öldü

Rusiya Liberal Demokratik Partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin ölüm xəbəri yayılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İnterpress.az-a Rusiyada yaşayan mənbə məlumat verib.

HTML tutorial

İddia olunur ki, 75 yaşlı siyasətçinin vəziyyəti daha da ağırlaşıb və həkimlərin səyinə baxmayaraq, onu komatoz vəziyyətdən xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Jirinovski bir neçə gündür ağır vəziyyətdə paytaxt Moskvanın Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Həkimlər xəstəxanaya qəbul edilən gündən onun vəziyyətini ağır olaraq qiymətləndirib.

Gununsesi.info