SON DƏQİQƏ: Ermənistan parlamenti Roma Statutunu ratifikasiya etdi

  • By admin
  • 03 Oktyabr 2023 14:53

Ermənistan Milli Assambleyası (parlament) Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya edib.

Gununsesi.info xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Məlumata görə, ratifikasiya müzakirələrində yalnız baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” fraksiyası iştirak edib.

Müxalifətin “Ermənistan” və “Mənim namusum var” fraksiyaları bu məsələnin müzakirəsini boykot edərək, səsvermə olmadan iclası tərk ediblər.

60 deputat ratifikasiyanın lehinə, 20 deputat əleyhinə səs verib. Bu barədə səsvermənin nəticələrinə görə parlamentin spikeri Alen Simonyan məlumat verib.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, Ermənistanın Roma Statutuna qoşulmaq niyyəti Rusiyaya qarşı son dərəcə düşmənçilikdir.

“Ermənistan çox yaxşı bilir ki, biz Roma Nizamnaməsinin tərəfləri deyilik və Ermənistan BCM-nin Rusiya prezidenti Vladimir Putinin həbsinə order verməklə bağlı BCM-nin bu əsasnamə əsasında qəbul etdiyi çətin qərarını yaxşı bilir”, – deyə o bildirib.

Sentyabrda keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva İrəvandan BCM-nin Roma Statutunun Ermənistan parlamenti tərəfindən ratifikasiyası ilə bağlı aydınlıq tələb edib.

Martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Rusiyanın hazırkı prezidentinə qarşı Rusiya-Ukrayna münaqişəsi zamanı uşaqların Ukrayna ərazisindən Rusiyaya qanunsuz deportasiyasına görə ittihamlar irəli sürülüb.

Putinlə birlikdə Prezidentin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə order verilib.

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusu Beynəlxalq Cinayət Məhkəməsini təsis edən beynəlxalq müqavilədir. 17 iyul 1998-ci ildə Romada keçirilən diplomatik konfransda qəbul edilmiş və 2002-ci il iyulun 1-də qüvvəyə minib.

Məhkəmə soyqırım cinayəti, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayəti kimi cinayətlərə görə yurisdiksiyaya malikdir.

Dövlət Nizamnamənin iştirakçısı olduqdan sonra, müəyyən edilmiş cinayətlər üzrə Məhkəmənin yurisdiksiyasını qəbul edir. Bununla belə, Əsasnamənin 25-ci maddəsinə əsasən, Məhkəmə dövlətlər üzərində deyil, fərdlər üzərində yurisdiksiyaya malikdir. Məhkəmənin dövlətin daxili yurisdiksiyası üzərində üstünlüyü yoxdur (Məhkəmənin yurisdiksiyası yalnız əlavədir).

Səid Əhmədli
Gununsesi.info