SON DƏQİQƏ: Mübariz Mənsimovun məhkəməsi başladı

FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza Məhkəməsində məhkəməsi keçirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Palmali”nin mətbuat katibi Fidan Quliyeva özünün feysbuk hesabında bildirib.

HTML tutorial

Xatırladaq ki, martın 3-də İstanbul Cümhuriyyət Baş Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında sərbəst buraxılmasını istəyib: “Məhkəmənin gəldiyi mərhələ göz önünə alınaraq, müttəhimin cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın müddəti, şübhəli şəxsin həbsdə keçirdiyi vaxt, həbs-qətimkan tədbiri olduğu üçün bu mərhələdə məhkəmə nəzarətinin mümkünlüyü nəzərə alınaraq, müttəhim başqa cinayətə görə mühakimə olunmursa və ya həbs olunmursa, azadlığa çıxa bilər. Cəza ancaq yaşayış yerini və ölkəni tərk etməməklə azadlıqla əvəz oluna bilər”.

Gununsesi.info