SON DƏQİQƏ: ÖLKƏDƏ BANK KARTLARI BLOKLANIB

  • By admin
  • 06 Yanvar 2024 23:16

Hal-hazırda “Azərikard”a bağlı olan bank kartları bloklanıb.

Gununsesi.info-nun xəbərinə görə,  bu barədə “Azərikard” istifadəçiləri sosial şəbəkələrdə kütləvi şəkildə məlumat paylaşır.

Bildirlir ki, kartlarla hər hansı maliyyə əməliyyatları son bir saatdır ki, mümkünsüzləşib.

“Azərikard”ın informasiya mərkəzi sorğuları cavabsız qoyub.

Qeyd edək ki, “Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda “Azərikard” MMC Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 16 banka prosessinq xidməti göstərir.

 

İlhamə

Gununsesi.info