Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 234 537 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 768 nəfər müalicə olunaraq sağalıb, 3220 nəfər vəfat edib, aktiv xəstə sayı 2544 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7444, ötən müddət ərzində isə ümumilikdə 2 598 679 test aparılıb.
Gununsesi.info