SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 670 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 246 974 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 233 087 nəfər müalicə olunaraq sağalıb, 3366 nəfər vəfat edib, aktiv xəstə sayı 10 521 nəfərdir.

Son sutka ərzində 5928, bu günə kimi ümumilikdə 2 782 463 test aparılıb.

Gununsesi.info