SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı – Minlərlə yeni yoluxma, ÇOX SAYDA ÖLƏN VAR

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

HTML tutorial

Azərbaycanda indiyədək ümumilikdə 261 713 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 238 125 nəfər müalicə olunaraq sağalıb, 3567 nəfər vəfat edib, aktiv xəstə sayı 20 021 nəfərdir.

Son sutka ərzində 14 885, hazırkı dövrədək isə 2 873 658 test aparılıb.

Gununsesi.info