Ermənistanın Baş Naziri Nikol Paşinyan və xanımı koronavirusa yoluxma şübhəsi ilə əlaqədar karantindədirlər.
Gununsesi.org xəbər verir ki, bu barədə Ermənistanın Baş Naziri “Facebook”da canlı yayım edərkən deyib.
O bildirib ki, sabah yoxlanışdan keçəcək. Baş Nazirin Sevandakı iqamətgahında olduğu bildirilib.
Karantinin səbəbi onun xanımının ötən həftə Braziliya Prezidentinin xanımı ilə görüşməsi ilə əlaqədardır.
Xəbər konkret.az saytında dərc edilib.